Onlar finalı buraxacaqlar...

Azərbaycan Kubokunun cari mövsümünün final matçını 3 futbolçu cəza üzündən buraxacaq.

Newsport.az xəbər verir ki, "Qəbələ"də sağ cinah müdafiəçisi Amin Sediyevlə albaniyalı dayaq yarımmüdafiəçisi Sabien Lilayın, "Sumqayıt"da oyun qurucusu Aleksey İsayevin cavab yarımfinal matçlarında aldıqları sarı vərəqə hazırkı turnirdə 2-ci olub. Bu isə onların vərəqə limitini aşaraq mayın 19-da Naxçıvanda keçiriləcək həlledici qarşılaşmanı buraxacaqları deməkdi.

Qeyd edək ki, "Qarabağ"la təkrar matçı buraxan "Qəbələ"nin fransalı hücumçusu Stiven Monroz cəzasını bitirərək finalda meydana çıxa biləcək. 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right