"Zirə" - "Sumqayıt" oyununda 6 qol

Azərbaycan kubokunda finalçılar müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, "Zirə" ilk oyunda 0:0 hesablı heç-heçə etdiyi “Sumqayıt”ı qəbul edib. İlk oyunda olduğu kimi, cavab matçı da heç-heçə ilə başa çatıb - 3:3. Bu nəticə "Sumqayıt"ı tarixində ilk dəfə ölkə kubokunun finalına çıxarıb.

Kubokun finalında "Sumqayıt"la "Qəbələ" qarşılaşacaq. Həlledici görüş Naxçıvanda baş tutacaq.

"Zirə" - "Sumqayıt" - 3:3

Qollar: Pərdis-Fərcad Azad, 47, Xulio Sezar Rodriqes, 84, Şafik Tiqurca, 90+5 - Peyman Babayi, 19, 27, 45

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right