Paşayevin yoxluğunda komandası evdə uduzdu

Futbol üzrə Ukrayna Premyer Liqasında 26-cı turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Zarya” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Paşayev bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvünün adı bu matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Aleksandriya” hazırda çempionluq uğrunda mübarizə aparan ilk altılıqda 47 xalla 3-cü pillədə qərarlaşıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right