Şanlı məğlubiyyət?

Millinin Xorvatiya səfərindən böyükhesablı məğlubiyyətlə dönməyəcəyini təcrübəli yazarların, mütәxәssislәr demәk olar, hamısı təxmin etmişdi. Bununçün müxtəlif əsaslar var idi. Baxaq:

-  Millinin “sükançı”sı təyin edilən Nikola Yurçeviç xorvatdır və onun vətənində futbol avtoritetləriylə isti münasibətləri var. Millinin oyunçuları da onu ciddi mütəxəsss kimi qəbul edir deyə, yazılmamış qayda avtomatik işə düşəcəkdi - tam güclə oynamamaq...

- Xorvatiya millisində nəsil dəyişikliyi asta tempdə də olsa, gedir. Bu da daxili mühitin, oyun sisteminin formalaşma prosesini başladıb. Belə vəziyyətdə komanda əsasən lider oyunçuların çiynində daşınır. Rakitiç və Modriçi zərərsizləşdirsən, bu komandanı udmaq da mümkün olardı, lakin mümkünsüz qədər çətini də elə budur. Belə böyük komandaların özəyini sarsıtmaq çox müşkül olur.

- Millinin səfərindən öncə AFFA rəhbərliyi, demək olar, tam tərkibdə futbolçularla görüşə gəlmişdi. Münasib hesab olacağı təqdirdə mükafat veriləcəyi vəd edilmişdi. Bu amilin futbolda nə dərəcədə əhəmiyyətli rol onadığını bilirik.

- Adətən, böyük komandalar qrupdakı ortabab və zəif rəqiblərlə oyunda minimal güc sərf edərək qələbə qazanmağa üstünlük verirlər. Burda böyük klublardan gələn oyunçuların zədə ehtimalı riski, növbəti rəiblərlə qarılaşmalara güc ehtiyatı saxlanması və s. amillər təsir göstərir.

Bu və başqa amillər də əsas verirdi ki, xorvatların çox qol vurması alınmaz. Təxmin özünü doğrultdu. Rəqib istədiyi zaman tempi qaldırıb millimizin xaosa düçar olmasına nail ola bilirdi. Bizim komanda o zaman ciddi qəbul olunardı ki, belə anlarda pərən-pərən düşməsin. Məsələn, rəqibin ilk qolunda - qapımızın qarşısında düşdükləri vahimə kimi...

Millinin nəticəsi eyforiya yaradıb. Sevinmək istəyənlərin buna haqqı çatır, əlbəttə ki, buyursunlar. Lakin millinin heyətində fərdi qabarmalardan savayı sistem və bu kimi şeylərdən nəyinsə dəyişdiyini indidən iddia etmək ciddi olmaz. Yurçeviç sadəcə klassik müdafiə taktikası ilə - ilk oyundan qan qaralmasın deyə yanaşma etmişdi. Belə taktika ilə əslində ortabablar güclü rəqiblərindən xal alır, qələbə belə qazanır. Yunanıstan oxşar futbolla Avropa çempionu olmuşdu...

Bir də sabiq çalışdırıcı Qurban Qurbanovla müqayisələrin dərhal başlaması, xüsusən Şeydayev məsələsində özünü göstərdi. Halbuki bu nə ədalətlidir, nə məntiqli. Əvvəla, Şeydayev dünənki oyunda yenə bariz qol şansını qaçırdı. Bir hücumçuya yaraşmayan tərzdə zərbə ilə qan qaraltdı. Lakin ondan daha çətin durumda, etiraf edək ki, bir az da bəxt sayəsində top qapıdan keçdi. Ramil məktəbi olan futbolçudur, lakin o, dünənki oyunda taktikaya təşəkkür etməlidir. Komanda bütün əks hücumlarda onu axtarırdı, çünki irəlidə tək o qalırdı.

Həm Qurbanovun onu futbolumuza qazandırmaqçün necə təşəbbüs göstərdiyinin şahidi kimi bu iddiaların haqsız olduğunu bildirmək lazımdır. Ramilin özündən də soruşsanız, bunu məmnuniyyətlə etiraf edər.

Qurbanov olsaydı...

Gəlin, o qısa dönəmi hirslə qabartmayaq. Millimizin hazırkı imkanlarını da o müəyyənləşdirib ortaya çıxarmışdı. Yurçeviçin ortaya ciddi fərq qoyub-qoymayacağı məhz bu oyundan sonra bilinəcək. Əldə olan material eynidir, aşağı-yuxarı ciddi fərqlər olmadan biz əsas problemin xammal hazırlanmasında olduğunu bilirik.

Millinin güclənməsi üçün çox şeydən də çox şey lazımdır. Təki Xorvatiyaya minimalhesablı məğlubiyyətdən alınan xoş təəccüb hissi qarşıda fayda sərgiləsin.

Elçin Cəlilov/futbolpress.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right