Yurçeviçin daha iki köməkçisi müəyyənləşdi

Millimizin baş məşqçisi Nikola Yurçeviçin daha iki köməkçisi müəyyənləşib.

Newsport.az saytının məlumatına görə, bunlar xorvatiyalı mütəxəssisin həmyerliləri Frano Leko ilə Armin Alibekoviçdir.

Fitnes məşqçisi kimi çalışan Lekonun son iş yeri BƏƏ-nin "Əl-Ayn" klubu olub. Skaut və video-analitik vəzifəsində fəaliyyət göstərən Alibekoviç isə  BƏƏ-nin U-17 yığmasında, "Legiya"da və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda işləyib.

Qeyd edək ki,  Mario Tokiç və Arif Əsədov  millimizdə köməkçi-məşqçi, Dmitri Kramarenko isə qapıçılarla iş üzrə məşqçidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right