Deku Bakıya finalda da gələcək: "İlk səfərimdə paytaxtınızı gəzmək imkanım olmamışdı, bu dəfə..."

“Bakıya ikinci səfəridi. İlk dəfə milli komanda ilə gəlmişdim. Yenidən burda olmağıma çox şadam. Newsport.az xəbər verir ki, bu fikirləri“Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma üçün Azərbaycana səfər edən məşhur veteran futbolçu Deku deyib.

 

Portuqaliyalı futbolçu Bakıda insanların ona olan marağının, eyni zamanda yerli federasiyanın yüksəksəviyyəli təşkilatçılığı onda xoş təəssürat yaratdığını qeyd edib: "Mayın 29-da keçiriləcək Avropa Liqasının final oyunu zamanı da Bakıda olacaq. İlk səfərimlə indiki arasında müqayisə apara bilmərəm. Çünki onda futbolçu kimi gəlmişdim və paytaxtınızı gəzmək imkanım olmamışdı. Sadəcə, otel və stadionu görmüşdüm. Bu dəfə məqsəd fərqli idi. Bakını gəzdim, məndə çox yaxşı təəssürat yaratdı. Boyük komandaların final oynamasını arzulayıram. Ümid edirəm ki, "Çelsi" Bakıya gələcək”.

 

Qeyd edək ki, Deku 12 öncə Portuqaliya millisinin heyətində yığmamızla rəsmi oyunla əlaqədar Bakıya gəlib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right