Azərbaycan klubunun bazasında yanğın - otaqlar kül oldu

"Vətən" Futbol Klubunun Binəqədi rayon, 7-ci mikrorayonda yerləşən bazasında yanğın baş verib.

Newsport.az-ın məlumatına görə, yanğın qısaqapanmadan baş verib. Bazanın yarısı yanıb, otaqlara ciddi ziyan dəyib. Xoşbəxtlikdən insan itkisi baş verməyib. Bazada qalan uşaqları vaxtında təxliyə etmək mümkün olub. 10-a yaxın yanğınsöndürmə maşını hadisə yerinə cəlb edilib və yanğının qarşısı alınıb.

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right