"Səbail"də Vüqar Bəybalayev şoku

Premyer Liqanın 19-cu turunda "Sumqayıt"ı qəbul edən "Səbail" şok itkiylə üzləşib.

Newsport.az-ın məlumatına görə, "dənizçilər"in futbolçusu Vüqar Bəybalayev qonaqların yarımmüdafiəçisi Əli Babayevlə toqquşma zamanı ağır zərbə alıb. Meydanda huşsuz vəziyyətdə qalan 25 yaşlı yarımmüdafiəçini özünə gətirmək üçün hər iki komandanın həkimləri yardım olub. Bir neçə dəqiqədən sonra özünə gələn Vüqarı xərəklə meydandan aparıblar. Onun əvəzinə isə meydana Ədilxan Qarəhmadov daxil olub.

Qeyd edək ki, matçda hələ ki, hesab açılmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right