"Qarabağ" futbolçusunu Ukrayna klubuna satdı

"Qarabağ"ın ukraynalı futbolçusu Yaroslav Deda karyerasını vətənində davam etdirəcək.  

Newsport.az-ın məlumatına görə, 19 yaşlı hücumçu "Karpatı" klubuna transfer olub. Klub saytının məlumatına görə, Deda ilə 3 illik müqavilə imzalanıb. Lvov təmsilçisi bu keçid üçün "Qarabağ"a təzminat ödəyib. Lakin transferin detalları açıqlanmayıb.

Qeyd edək ki, Yaroslav Deda "Qarabağ"ın heyətində ötən mövsüm UEFA Gənclər Liqasında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right