"Rüfət Dadaşovun geriləməsi məntiqlidi" baş məşqçi

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Proyssen" III Bundesliqada 3 oyundu qol üzünə həsrətdi. Newsport.az saytının "Bild" nəşrinə istinadən məlumatına görə, bu məqam baş məşqçi Marko Antverpeni narahat edir.

Çalışdırıcı açıqlamasında hücumçularının geriləməsini normal qəbul edib: "Dadaşovla yanaşı, heyətdə daha bir qolçumuz var. Kiril Akonoya sahib olmaq gözəldi. Ancaq o, hələ tam peşəkar səviyyəyə çatmayıb. Hücumlarımızın yükünü daşıya bilmir. Bu, ailə daxilində olan stressdən qaynaqlana bilər. Dadaşovun uzun müddəti qol vurmamasına gəlincə, o, bura IV liqadan gəlib. Həmçinin indi Azərbaycan millisinə də çağırılır. Performansının aşağı düşməsi məntiqlidi".

Qeyd edək ki, "Proyssen" hazırda 35 xalla 8-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right