Xorvatiya - Azərbaycan matçının biletləri satışda

Avro-2020-nin seçmə mərhələsində keçiriləcək Xorvatiya - Azərbaycan oyununun biletləri satışa çıxarılıb. 
 
Newsport.az xəbər verir ki, barədə məlumatı Xorvatiya Futbol Federasiyası rəsmi saytı vasitəsilə yayıb.
 
Qrup mərhələsinin martın 21-də baş tutacaq qarşılaşmasının biletlərini azarkeşlər internet vasitəsilə onlayn sifariş verə bilərlər. Bir azarkeşin maksimum 6 bilet almaq imkanı var. Martın 18-dən isə görüşün keçiriləcəyi "Maksimir" stadionunun kassalarında satış başlayacaq.
 
Biletlər tribunaya görə 10 manatdan 40 manata (yerli valyuta ilə 40-150 kuna arası) qədər müxtəlif qiymətlərdədi. VIP sektorlar üçün yerin qiyməti isə 250 Xorvatiya kunasıdı (65 manat).
 
Qeyd edək ki, Zaqrebdə keçiriləcək Xorvatiya - Azərbaycan matçı Bakı vaxtı ilə 23:45-də start götürəcək.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right