"Özü Azərbaycan millisində oynamaq istəyir, lakin..."

"Biz hamımız istəyərdik ki, Ayaz Quliyev Azərbaycan millisində oynasın. Bu, sadəcə olaraq, bir az çətin məsələdi". 

Newsport.az-ın məlumatına görə, bu fikirləri "report"a açıqlamasında "Sumqayıt"ın prezidenti Riyad Rəfiyev "Spartak"da çıxış edən Ayaz Quliyevin Azərbaycan yığmasına cəlb olunma ehtimalı ilə bağlı danışarkən deyib. 

Rəfiyev AFFA-da çalışdığı müddətdə yarımmüdafiəçi ilə sıx əlaqədə olduğunu bildirib. O, oyunçu ilə ən azı ayda bir dəfə danışdığını söyləyib:

"Ayaz Quliyevlə çox yaxşı münasibətlərimiz var. Onunla dostluq əlaqələrimiz də mövcuddu. Dost kimi də tez-tez söhbət edirik. O, hazırda Azərbaycan millisini seçsə, Rusiyada legioner hesab olunacaq. Rusiya Premyer Liqasının reqlamenti belədi. Futbolçu üçün çox ağır seçimdi. Bilirəm ki, özü Azərbaycan millisində oynamaq istəyir. Vətənini çox sevir. Sadəcə, reqlamentə görə, hazırda hansısa tələsik cavab verə bilmir. Bu da normaldır. Anlayışla qəbul etmək lazımdı". 

Klub prezidenti AFFA-nın ona millidə oynamağı təklif etdiyini vurğulayıb: "AFFA bir neçə dəfə ona dəvət göndərib.

Bu, həm Robert Prosineçkinin, həm də Qurban Qurbanovun vaxtında olub. Amma yenə deyirəm ki, seçim onundur. Qərarı özü qəbul etməlidi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right