"Qəbələ"dən böyük hesablı qələbə

“Qəbələ”nin futbol akademiyasının komandaları növbəti oyunlarını keçiriblər.

Bölgə klubunun təmsilçiləri AFFA-nın təşkil etdiyi liqalarda meydana çıxıblar.

Gənclər Liqasının lideri olan U-19 öz meydanında “Zirə”ni qəbul edib. 4:1 hesablı qələbə qazanan “Qəbələ” 18 matçdan sonra 48 xala malikdir.

Evdə “Qarabağ”la qarşılaşan U-16 da böyük hesabla qalib gəlib – 6:2. 18 görüşdə 46 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlinə başçılıq edir.

Səfərdə “Mil-Muğan”la qarşılaşan U-15 daha məhsuldar olub. 7 cavabsız qolla qələbə qazanan “Qəbələ” 15 matçdan sonra 39 xalla 3-cü pillədədir. “Qırmızı-qaralar” ilk iki yerdən yalnız əlavə göstəricilərə görə geri qalır.

U-14 Liqasının paytaxt zonasında çıxış edən “Qəbələ” “Qarabağ”la qarşılaşıb. Oyun məhsuldar heç-heçəylə başa çatıb – 3:3. 15 oyunda 33 xal yığan komanda 3-cü yerdədir.

Eyni zona üzrə çıxış edən U-13-un “Neftçi” İK İB ilə qarşılaşması da heç-heçə nəticələnib. Qolsuz bərabərlikdən sonra “qırmızı-qaralar” 16 oyuna topladığı xal sayını 18-ə çatdırıb və 8-ci sırada qərarlaşıb.

U-12 Liqasının Şimal-Qərb və Qarabağ zonasının Qəbələ şəhərindəki oyunlarında bu şəhərin iki komandası meydana çıxıb. “Qəbələ” UGİM-ə (Yevlax) 7:0, UGİM “Qəbələ” isə UGIM “Rabitəçi”yə (Yevlax) 2:0 hesabı ilə qalib gəlib. 14 oyundan sonra ilk iki pillədə yer alan bu komandalardan “Qəbələ”nin 42, UGİM “Qəbələ”nin 26 xalı var.

U-11 isə ardıcıl 12-ci qələbəsini qazanıb. Şimal-Qərb və Qarabağ zonasının Qəbələ şəhərindəki oyunlarında mübarizə aparan “qırmızı-qaralar” UGİM-i (Yevlax) məğlub edib – 13:1. 36 xala malik komanda 12 turdan sonra zonanın vahid lideridir.

U-10 Liqasının Şimal-Qərb və Qarabağ zonasının Qəbələdəki oyunlarında bu şəhərin iki təmsilçisi üz-üzə gəlib. “Qəbələ” UGİM-i 10:3 hesabı ilə məğlub edib. 14 turda xal itirməyən “Qəbələ” 1-ci, 21 xala malik UGİM 3-cüdü.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right