Qurbanov 7 pillə gerilədi

Dünyanın ən güclü 1000 məşqçisinin reytinq siyahısı açıqlanıb. Newsport.az xəbər verir ki, siyahıda Azərbaycanın yeganə təmsilçisi Qurban Qurbanov olub.

“Qarabağ”ın baş məşqçisinin hesabında 1073 xal var. 47 yaşlı mütəxəssis siyahıda 502-cidi.

Qurbanov hər həftə açıqlanan siyahıda 7 pillə geriləyib. O, 7 gün öncə 495-ci sırada qərarlaşmışdı.

Qeyd edək ki, siyahıya “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. Onun hesabında 14082 xal var.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah