"Sabah"da yeni qapıçı

“Sabah” heyətini yeni qapıçı ilə gücləndirib.

 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, Əmirhüseyn Nəcəfi bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq. 22 yaşlı qapıçı ilə 2020-ci ilin may ayına kimi müqavilə bağlanıb.

 

Tehran “İstiqlal”ının yetirməsi olan Əmirhüseyn, karyerası ərzində bu klubla yanaşı, “Səbail”in də uğurları üçün çalışıb. Gənc qapıçı bir neçə dəfə U-21 millimizə də dəvət alıb.

 

Nəcəfi “Sabah”da 96 nömrəli formada çıxış edəcək. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right