"Neftçi"nin yeni transferi ən yaxşı futbolçu adına namizədlər sırasında

Yunanıstan Superliqasında 2017/2018 mövsümünün müxtəlif nominasiyaları üzrə ən yaxşı olmağa namizədlər açıqlanıb.

Newsport.az-ın Yunanıstan mətbuatına istinadən yaydığı xəbərə görə, ən yaxşı futbolçu  adına namizədlər sırasında "Neftçi"nin yeni transferi Vangelis Platellas da var. 2017/2018 mövsümündə "Aris"də çıxış edən 30 yaşlı yarımmüdafiəçi bu ad uğrunda Dimitrios Manos (OFİ) və Atanasios Dinasla ("Trikala") mübarizə aparır.

Qeyd edək ki, ötən il yayda "Aris"dən OFİ-yə transfer olan V.Platellas bu ilin yanvarında "Neftçi" ilə müqavilə bağlayıb.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right