İslandiya klubundan Halldorsson açıqlaması

İslandiyanın "Valyur" klubunun baş məşqçisi Runar Kristinsson "Qarabağ"ın qapıçısı Hannes Halldorssonu transfer edəcəkləri barədə yayılan xəbərlərə münasibət bildirib.

 

Newsport.az "futbolti.net"ə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis yayılan xəbərləri təsdiqləməyib:

 

"Bəli, İslandiyada çox adam ondan danışmırdımı? Bizim Beiti kimi böyük qapıçımız var. Növbəti mövsüm onun əsas qapıçı olacağını gözləyirəm. Başqa bir şey baş versə, zaman özü bu suala cavab verəcək. Biz Beitiyə tam inanırıq və o, ötən mövsüm çox inkişaf etdi. O, çox yaxşılaşıb və güvənimizi qazanıb".

 

Qeyd edək ki, Halldorsson ötən yay "Qarabağ"a keçmişdi. İslandiya millisinin 34 yaşlı qapıçısının qış fasiləsində Ağdam klubundan ayrılacağı barədə xəbərlər yayılmışdı.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right