“Zirə”də yeni hücumçu

"Zirə" baxışda olan Robin Nqalande barədə qərarını verib.

Newsport.az-ın "Malawi-sports"a istinadən yaydığı xəbərə görə, 26 yaşlı hücumçu ilə 1.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, son olaraq, CAR təmsilçisi “Baroka”da çıxış edən malavali Nqalande son 6 ayda klubsuz idi. 

2009-cu ildə Əlcəzairdə keçirilən Afrika Gənclər Çempionatında diqqətləri üzərinə çəkən forvard Madrid “Atletiko”su tərəfindən akademiyaya cəlb edilib. İki illik İspaniya macərasının ardından “Bidvest Vist”ə keçən oyunçu icarə əsasında CAR-ın digər klubları “Ayaks Keyp Taun” və “Platinium Starz”da da forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right