“Neftçi” Qarabağ"la oyunun hazırlığına start verdi

"Neftçi” Topaz Premyer Liqasının 15-ci turunda qarşılaşacağı "Qarabağ” ilə oyunun hazırlığına başlayıb. Newsport.az klubun saytına istinadən xəbər verir ki, Antalya toplanışından sonra fasiləyə buraxılan komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.

Məşqdə toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib. Hazılrıq sabah bir məşqlə davam edəcək.

Qeyd edək ki, fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Neftçi” oyunu saat 18:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right