Yarovenkodan AFFA-ya məsləhət: Yerli mütəxəssis gətirin

Qazaxıstanın “Taraz” klubunun keçmiş baş məşqçisi Yevgeni Yarovenko milli komandalara əcnəbi mütəxəsssislərin gətirilməsi məsələsi haqda açıqlama verib. Newsport.az  “prosports.kz” portalına istinadən xəbər verir ki, o, açıqlamasında Azərbaycan millisi haqda da fikir bildirib:


“Talqat Baysufinov nümunəsi göstərdi ki, yerli məşqçiylə nəticələr əldə etmək olar. Sadəcə, onların potensialını üzə çıxarması üçün həmin məşqçilərə vaxt verilməlidir. Bir il ərzində bunu etmək çox çətindir. Bu, təkcə Qazaxıstan və Ukraynaya yox, Rusiya, Azərbaycan və Gürcüstana da aiddir. Milli komandanın baş məşqçi postuna yerli mütəxəssislər gətirilməlidir”.


Azərbaycan millisinin baş məşqçi postu 2 aya yaxındır ki, boşdur. AFFA “sükan arxasına” əcnəbi mütəxəssis gətirmək istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right