"Zirə" Rusiya çempionatının liderinə qarşı

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" bu gün son yoxlama matçına çıxacaq. Rəqib Rusiya "Tambov"u olacaq. "Papillon" otelinin futbol meydanında keçiriləcək oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
 
"Tambov" Rusiya I Divizionunda 24 turdan sonra 47 xalla liderdi.
 
Qeyd edək ki, əvvəlki yoxlama oyunlarında Rumıniya "Voluntari"sinə 1:0 hesabı ilə qalib gələn "Zirə" Macarıstan təmsilçisi "Paksi" ilə heç-heçə edib - 1:1. Qazaxıstan "Taraz"ı ilə görüş isə hava şəraiti ilə əlaqədar ləğv olunub.
 
26 yanvar
18:00. "Zirə" (Azərbaycan) - "Tambov" (Rusiya)




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right