Azərbaycan futbolunun 155 minincisi

AFFA-nın “Futbola Qoşul” onlayn qeydiyyat sistemi vasitəsilə qeydiyyata alınanların sayı 155000 nəfərə çatıb.Newsport.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 155000-ci üzvü "Məhəllənin ulduzu” layihəsi çərçivəsində Yasamal rayonu, Süleyman Dadaşov 577  ünvanında AFFA tərəfindən inşa edilmiş süni örtüklü meydançada məşqlərə qatılan 30.05.2013-cü il təvəllüdlü Mahmudov Səlim Ayxan oğludur.

"Məhəllənin ulduzu" layihəsi AFFA tərəfindən inşa edilmiş süni örtüklü meydançalarda müxtəlif yaş qrupuna daxil olan uşaqlar üçün məşqlərin təşkil olunması, onların futbola, sağlam həyat tərzinə istiqamətləndirilməsi, bu idman növünün təbliğatının gücləndirilməsi məqsədi daşıyır. Layihə 6-8 yaşlı uşaqlar  üçün həftədə 2  və ya 3 dəfə təmənnasız olaraq məşq keçmək imkanı verir. Eyni zamanda, bütün məşq ləvazimatları da AFFA tərəfindən təmin olunur. Bu layihəyə xüsusi məşqçilik kursunu bitirmiş, minimum C məşqçilik lisenziyası olan məşqçilər cəlb edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right