“Qəbələ”nin oyunu təxirə salındı

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ”nin bu gün növbəti yoxlama oyununu keçirmək planı baş tutmayıb. Newsport.az xəbər verir ki, “qırmızı-qaralar” Antalya şəhərindəki hazırlıq prosesi çərçivəsində 3-cü sınağına çıxa - Rusiya I divizion təmsilçisi "Fakel"lə görüşə bilməyib.

Buna səbəb Antalyada əlverişsiz hava şəraiti - güclü yağış yağması olub. Bu üzdən Bakı vaxtilə saat 18:00-da başlamalı, "CBC Sport"la canlı yayımlanmalı olan “Arcadia” otelinin meydançasındakı qarşılaşma ləğv olunub.

Qeyd edək ki, nunadək Almaniyanın “Meppen” (1:2) və Rusiyanın “Yenisey” (2:2) klubları ilə qarşılaşan "Qəbələ" son yoxlama matçı yanvarın 26-na Macarıstan MTK-sıyla nəzərdə tutulub.

24 yanvar

Yoxlama oyunu

18:00. "Qəbələ" – "Fakel" (Rusiya)
“Arcadia” meydançaları.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right