“Almeydanın “Astana”da aylıq məvacibi minimum 80 min dollardı”

“Qazaxıstanda legionerlərin qazancıyla bağlı məlumatlara tələbat yetərincə böyükdü. Problem ondadır ki, bu informasiya Qazaxıstanda məxfidi və dəqiq rəqəmləri çətin ki kimsə deyər. Ancaq onu deyə bilərək ki, bizdə legionerlər ayda 10 min dollardan aşağı məvacib almırlar. Bu da Premyer Liqamızın ən kasıb klublarında”. Newsport.az xəbər verir ki, bu fikirləri Qazaxıstanın tanınan idan saytlarından olan Sports.kz-ın baş redaktoru olan Aleksandr Strelnikov bildirib.
 
O, ötən ilin ikinci yarısında “Astana”da çıxış edən millimizin futbolçusu Riçard Almeydanın maddi qazancını misal çəkib: “Yayda "Qarabağ"dan "Astana"ya gələn Almeydanın Qazaxıstan məvacibi səsləndirilərək bunun ildə 1 milyon dollar olduğunu bildirirdlər. Bu informasiyaya inansaq, maaş ayda minimum 80 min dollardı”
 
Qeyd edək ki, “Astana” qış fasiləsində Almeydanı “Qarabağ”a 1 illiyə icarəyə verib.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right