Özünə klub axtaran Braliç "Neftçi"nin əvəzedici komandasında

Slavko Braliç "Neftçi"nin əvəzedici heyətində məşqlərə başlayıb

Newsport.az-ın paytaxt təmsilçisinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, hazırda özünə yeni komanda axtaran xorvatiyalı futbolçu bir neçə klubla danışıqlarını davam etdirir. Bu müddət ərzində formada qalmaq üçün klub rəhbərliyinə müraciət edən 26 yaşlı müdafiəçi "Neftçi-2”nin heyətində təlim-məşq toplanışına qoşulub. Onun gələcək karyerasına yaxın müddətdə aydınlıq gələcək.

Qeyd edək ki, "Neftçi” Braliçlə keçən ilin yayında 1 illik müqavilə bağlamışdı. Futbolçu bu mövsüm "ağ-qaralar"ın heyətində 13 oyunda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right