AFFA iki komandaya texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Newsport.az saytının məlumatına görə, toplantıda aşağı yaş qrupu üzrə çempionatlarda baş vermiş neqativ hallar müzakirə edilib.

Xüsusən də, U-13 Qızlar Liqasında iki komanda sərt şəkildə cəzalandırılıb. UGİM (Şəki) – UGİM (Qax) matçında birincilər oyunun 15-ci dəqiqəsində meydanı özbaşına tərk etdiyi üçün 0:3 hesablı texniki məğlubiyyətə düçar olub.

Həmçinin “Qabaqçöl” (Balakən) – UGİM (Qax) qarşılaşmasında “Qabaqçöl” eyni cəza ilə üzləşib. Buna səbəb Balakən təmsilçisinin heyətində yetərsay olmamasıdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right