“Neftçi” Rivaldonun oğlunu alır?

Antalyada qış təlim-məşq toplanışı keçən “Neftçi” transfer çalışmalarını da davam etdirir. Newsport.az xəbər verir ki, Bolqarıstan mətbuatı Bakı klubunun əfsanəvi braziliyalı futbolçu Rivaldonun oğlu Rivaldinyonu almaq istədiyini yazıb.

Bildirilir ki, “Levski”nin futbolçusunu menecerlər Azərbaycan təmsilçisinə təklif edib. “Neftçi”nin də bu transferdə maraqlı olduğu yayılan xəbərlər arasındadır.


Qeyd edək ki, ötən ilin yanvarından “Levski”nin formasını geyinən Rivaldinyo 13 oyunda 1 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right