““Beşiktaş” azarkeşiyəm” - Qurban Qurban

Türkiyənin "Haber Global" telekanalı Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ı ziyarət edib. Newsport.az xəbər verir ki, telekanal həmçinin baş məşqçi Qurban Qurbanovdan müsahibə alıb. 
 
Qurbanov əvvəlcə “Qarabağ”la hədəflərindən danışıb: “Konkret məqsədim yoxdur. Hər il daha yaxı çıxış etməyə, uğur qazanmağa köklənmişəm”.
 
Təcrübəli mütəxəssis Azərbaycan və Türkiyə arasında futbolçu transferlərinin azlığından söz açıb: “Bu ciddi problemdir. Azərbaycanlı futbolçuların legioner həyatı yaşaması problemdir. İstəyərəm ki, bizim oyunçular Türkiyə Superliqasında iştirak etsin. Çünki səviyyə yüksəkdir”.
 
Qurbanov Türkiyə millisinə və “Beşiktaş”a azarkeşlik etdiyini bildirib: “Türkiyədəki matçları izləyirəm. Milli komandaya daa çox azarkeşlik edirəm. Klublardan isə “Beşiktaş”ı dəstəkləyirəm”.
 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right