“Qarabağ” “Qəbələ”nin gənc futbolçusuna nə qədər ödədi? ƏN YÜKSƏK TRANSFER HAQQI

Azərbaycan çempionu “Qarabağ”ın “Qəbələ”dən transfer etdiyi Hacıağa Hacılının transfer qiyməti bəlli olub. 

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi mövsümün əvvəlində icarəyə götürdüyü gənc futbolçunu tam hüquqları ilə transfer edib.  “Qarabağ” yarımmüdafiəçiyə görə “qırmızı-qaralar”a 200 min manat ödəyib.

Futbolçu ilə imzalanan müqavilənin müddəti 4 ildir.  “Qarabağ” bu keçid üçün Azərbaycan futbol bazarının ən yüksək transfer haqqını ödəyib.   

Qeyd edək ki, “Qəbələ Futbol Akademiyası”nın yetirməsi Rəşad Sadıqov tərəfindən gənclərdən ibarət milli komandamıza cəlb olunub. O, bundan sonra “Qarabağ” tərəfindən icarəyə götürülüb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right