"Sumqayıt" "Şüvəlan"la qarşılaşacaq

Premyer Liqanın 3-cü dövrəsi üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" yoxlama oyunu keçirəcək.

 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi 1-ci divizion təmsilçisi "Şüvəlan"la qarşılaşacaq.

 

"Dalğa Arena"nın köməkçi meydançasında baş tutacaq qarşılaşma yanvarın 11-də, saat 15:00-da başlayacaq.

 

"Sumqayıt" təlim-məşq toplanışının ikinci mərhələsi üçün yanvarın 13-də Türkiyəyə yollanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right