"Dənizlispor"un vitse-prezidenti Ali Fırat "Qəbələ"nin futbolçusu Lalavele Atakoranı transfer edəcəkləri ilə bağlı yayılan iddialara münasibət bildirib.
Newsport.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klub rəsmisi toqolu yarımmüdafiəçi ilə maraqlanmadıqlarını deyib:
"Transfer hazırlıqlarımız davam edir. Ehtiyac olan mövqelərə transfer etmişik. Lalavele gündəmimizdə yoxdur. Sadəcə bir oyunçu alacağıq . Bunun üçün də tələsmək istəmirik. Yanvarın 31-ə kimi vaxtımız var".
Qeyd edək ki, Türkiyə birinci liqa təmsilçisinin L.Atakora ilə danışıqlara başladığı 29 yaşlı oyunçunun qardaş ölkəyə qayıtmağa müsbət baxdığı iddia olunurdu.
Xatırladaq ki, L.Atakora 2018-ci il iyulunda "Qəbələ" ilə 1+1 illik müqavilə imzalayıb.