"Sumqayıt"da dördüncü ayrılıq

"Sumqayıt" klubu qış fasiləsində heyətində dəyişikliklər etməyə davam edir.  

Newsport.az-ın məlumatına görəmövsümün ilk yarısında baş məşqçi dəyişikliyi gerçəkləşən “gənclik şəhəri” təmsilçisi rəsmən iki futbolçu ilə güclənib, üçünü yola salıb. “Neftçi”dən gələn Rəşad Əzizli ilə yanaşı, “Zirə”dən ayrılan Adil Nağıyev də bundan sonra “kimyaçılar”ın uğurları üçün tər tökəcək. Əslində, Nağıyevin keçidi daha çox dəyiş-düyüşə bənzəyib. Belə ki, komandadakı mərkəz müdafıəçisi Bəxtiyar Həsənalızadə "Zirə"yə keçib.

Həmçinin icarədə olan Orxan Sadıqlı "Keşlə"yə qayıtdısa, onun adaşı Orxan Əliyevlə də yollar ayrılıb. Ancaq Ayxan Abbasovun daha bir futbolçunun xidmətində maraqlı olmadığı deyilir. Bu, Qvanzav Maqomedovdur. Futbolçu ilə yaxın günlərdə müqaviləyə xitam veriləcəyi gözlənilir. 

Qeyd edək ki, "gənclik şəhəri" təmsilçisi qış fasiləsinə turnir cədvəlində 6-cı pillədə yollanıb.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right