"Zirə" qış hazırlıq planlarını açıqladı

Hazırda qış fasiləsində olan “Zirə” yanvarın 5-də bir araya gələcək. Newsport.az xəbər verir ki, komandanın çalışmaların ilk hissəsini Bakıda keçirəcək.

“Qartallar” ayın 12-də Türkiyənin Antalya şəhərinə yollanacaq. “Zirə” Bələk bölgəsində “Alva Donna Exclusive Hotel”də qalacaq. Komanda burada 4 yoxlama oyununa çıxacaq. “Qartallar” ayın 15-də “Taraz” (Qazaxıstan), 18-də isə “Konkordiya” (Rumıniya) komandaları ilə görüşdə qüvvəsini sınayacaq. Digər 2 rəqibin kimliyinə isə aydınlıq gəlməyib. "Zirə" yanvarın 27-də toplanışı yekunlaşdırıb vətənə qayıdacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right