"Sumqayıt" növbəti transferini açıqladı

Dövrələrarası fasilə zamanı "Sumqayıt" Rəşad Əzizlidən sonra növbəti transferini reallaşdırıb.  Newsport.az xəbər verir ki, "gənclik şəhəri"nin təmsilçisi son olaraq "Zirə"də çıxış etmiş Adil Nağıyevi heyətinə qatıb.

1995-ci il təvəllüdlü müdafiəçi "Sumqayıt"la 1,5 illik müqavilə imzalayıb. Adil yeni klubunda "5 nömrə"li forma ilə çıxış edəcək. U-17, U-19, U-21, U-23 və A millilərimizə cəlb olunmuş Adil Nağıyev 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Qeyd edək ki, Nağıyev "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi altında "Zirə"də çıxış edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right