“Qarabağ”ın futbolçusu xeyriyyə matçında

“Qarabağ”ın yarımmüdafiəçisi Markos Madera İspaniyada xeyriyyə matçında iştirak edib.

Newsport.az xəbər verir ki, 33 yaşlı futolçu doğulduğu Asturiya bölgəsində mərhum futbolçu Enrike de Kastro Qonsales Kininin xatirəsinə həsr olunmuş futzal oyununda meydana çıxıb.

Görüşdə “Real Ovyedo” və “Sportinq” klublarının sabiq futbolçuları forma geyiniblər. Matçdan sonra fikirlərini söyləyən Miçel bildirib ki, dost-tanışlarını görmək və ehtiyacı olanlara kömək etmək onun üçün xoşdur.

“Real Ovyedo”nun yetirməsi olan Miçel karyerası ərzində “Xetafe”, “Birmingem”, AEK və “Makkabi” (Hayfa, İsrail) komandalarının da formasını geyinib. O, 2015-ci ilin yayında “Qarabağ”a transfer edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right