"Qarabağ" transferi açıqladı: "Görün, kim gəlib?"

"Qarabağ"la anlaşan Reynaldo Silva klubun düşərgəsindədir.

Newsport.az-ın məlumatına görə, Qazaxıstanın "Aktobe" klubu ilə müqaviləsi başa çatan braziliyalı yenidən Ağdam təmsilçisində çıxış edəcək. O, ötən gün tibbi müayinədən keçib. "Qarabağ"ın sosial şəbəkə hesabında Reynaldonun yer aldığı "Görün, kim gəlib?" başlıqlı video paylaşılıb. Bu da tərəflər arasında danışıqların müsbət yekunlaşmasından xəbər verir. Müqavilənin şərtləri barədə məlumat verilməyib.

Qeyd edəki, 29 yaşlı futbolçu 2013/17-ci illərdə "Qarabağ"da çıxış edib.

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right