U-19 millimizdə yeni legioner

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı davam edir.

Newsport.az-ın məlumatına görə, hazırlıq prosesinə daha bir oyunçu dəvət olunub. Belə ki, Rusiyanın “Sokol” klubunda çıxış edən Vəli Məmmədov yığmamızın heyətinə qoşulub.

Qeyd edək ki, Vüqar Məmmədin rəhbərliyi altında davam edən toplanış dekabrın 19-da sona çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right