UEFA "Arsenal" - "Qarabağ" oyunu ilə bağlı intizam işi açdı

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ" səfərdə "Arsenal"a 0-1 hesabı ilə uduzub.

Newsport.az xəbər verir ki, UEFA Londonun "Emreyts" stadionunda keçirilən matçla bağlı intizam işi açıb. Birinci səbəb oyunun nəzərdə tutulduğundan 3 dəqiqə gec başlaması olub.

Qurum matçın 90+3-cü dəqiqəsində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı ilə meydana daxil olan azarkeşlə bağlı da araşdırmalara başlayıb. Meydan sahibi komandanın təhlükəsiszliyi təmin etməməsinə görə cəzalandırlacağı gözlənilir.

Qeyd edək ki, qərar 2019-cu ilin fevralın 21-də açıqlanacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right