“Qəbələ”yə 1800 manat cərimə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının 14-cü turunun “Sabah” - “Keşlə” matçında “Sabah” klubunun 4, “Keşlə”nin 5 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasının 14-cü turunun “Səbail” - “Qəbələ” matçının 85-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Rauf Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Oyunun 55-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Miloş Yevtic texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.

Oyunun 63-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur.

Oyunun 68-ci dəqiqəsində “Səbail” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur.

Birinci divizionun 13-cü turunun “Şüvəlan” - “Keşlə-2” matçında “Keşlə-2” klubunun 4, “Şüvəlan” klubunun 5 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.

Birinci divizionun 13-cü turunun “Qarabağ-2” - “Sabah-2” matçının 44-cü dəqiqəsində “Sabah-2” klubunun futbolçusu Əli Səmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Birinci divizionun 13-cü turunun “Ağsu” - “Kəpəz” matçının 83-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Ruslan Süleymanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Birinci divizionun 13-cü turunun MOİK - “Qaradağ Lökbatan” matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 80 manat cərimə olunur.

Birinci divizionun 13-cü turunun “Neftçi-2” - “Zaqatala” matçının 66-cı dəqiqəsində “Neftçi-2” klubunun futbolçusu Nihad Qurbanlı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right