Azərbaycan millisinin yeni baş məşqçisi kim olacaq? İKİ NAMİZƏD

Qurban Qurbanovla yolların ayrılmasından sonra milli komandanın yeni baş məşqçisinin əcnəbi olacağı gözlənilirdi.

Newsport.az-ın məlumatına görə, artıq milli komandanın baş məşqçisi olmağa iki namizəd var. Bunlar italiyalı mütəxəssislər - Filippo İnzaqi və Canni de Byazidi. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

De Byazi İtaliyanın bir neçə klubunu çalışdırıb. O, 2011-2017-ci illərdə Albaniya millisinin "sükanı arxası"nda olub. Mütəxəssis komandanı tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə çıxarmışdı. 62 yaşlı çalışdırıcı son olaraq 2017-ci ildə İspaniyanın "Alaves" klubunu çalışdırıb.

Məşhur futbolçu olmuş İnzaqi isə hazırda İtaliya A Seriyasında mübarizə aparan "Bolonya"nı çalışdırır. Komanda 45 yaşlı mütəxəssisin rəhbərliyi altında cari mövsüm 15 oyundan sonra 2 qələbə qazanıb, 5 heç-heçə edib və 8 oyunda uduzub. "Bolonya" 11 xalla autsayderlər sırasındadı. İnzaqi "Milan" və "Venetsia" klublarını da çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right