"Arsenal" - "Qarabağ" oyununun hakimləri bilindi

Avropa Liqasının qrup mərhələsinin son turunda keçiriləcək “Arsenal” – “Qarabağ” oyununun hakim təyinatları açıqlanıb.

Newsport.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşmanı danimarkalı hakimlər birqadası idarə edəcək.

Matçı Yens Qrabski Maae idarə edəcək. Onun koməkçiləri Lars Hummelqaard və Heyne Sorensen olacaq. Dördüncü hakim funksiyasını Yesper Dal yerinə yetirəcək.

Qeyd edək ki, "Arsenal" - "Qarabağ" oyunu dekabrın 13-də Londondakı "Emireyts" stadionunda keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right