Martin Şkrtel: "Azərbaycan münasib rəqib deyil"

"Daha asan və ya daha çətin qrupa düşə bilərdik. İkinci oldu. Bu qrupda oynamaq olar, amma uğursuzluq da istisna deyil". Newsport.az xəbər verir ki, bu sözləri Slovakiya millisinin üzvü Martin Şkrtel deyib.  

AÇ-2020-nin seçmə mərhələsinin püşkatmasını dəyərləndirən təcrübəli futbolçu qrupdakı rəqiblər haqda danışıb. O, Xorvatiyanın qrupun favoriti olduğunu açıqlayıb: "Xorvatiya aşkar favoritdir.  Uels, Slovakiya və Macarıstan təxminən bərabər səviyyəli komandalardır. Yığmaların, futbolçuların oyunlar vaxtı hansı formada olması həlledici rol oynayacaq". 

"Fərnərbaxça"nın 33 yaşlı müdafiəçisi Uelsin Madrid "Real"ın çıxış edən Qaret Beyldən asılı olduğunu söyləyib: "Uels haqda nə demək olar? Çox şey komandanın aparıcı üzvü Qaret Beyldən asılıdır.  Bununla yanaşı, yığmanın bir çox üzvləri İngiltərə Premyer Liqasında oynayırlar.  Macarlarla oyunumuz derbi xarakteri daşıyacaq. Çünki onların oyun üslubu çexlərə bənzəyir və azarkeşlər üçün maraqlı olacaq". 

Təcrübəli futbolçu Azərbaycanın münasiz rəqib olmadığını sözlərinə əlavə edib: "Azərbaycanı unutmaq olmaz. Heç də münasib rəqib deyil. Çempionatın bəzi oyunları Bakıda keçiriləcəyindən onlar final mərhələsinə yüksəlmək üçün mümkün olan hər şeyin edəcəklər". 

Qeyd edək ki, Slovakiya millisi seçmə mərhələdə Azərbaycan, Xorvatiya, Uels və Macarıstanla birlikdə E qrupunda mübarizə aparacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right