"Qəbələ" - "Zirə" oyunu təxirə salındı Yenilənib

Premyer Liqanın 13-cü turunda bu gün keçirilməli olan “Qəbələ” – “Zirə” oyunu təxirə salınıb.

Newsport.az-ın məlumatına görə, buna səbəb Qəbələ şəhər stadionunda qatı dumanın olmasıdır. Vəziyyəti nəzərə alan görüşün baş hakimi Vüqar Həsənli matçı 57-ci dəqiqədə müvəqqəti olaraq dayandırıb, futbolçuları isə paltardəyişmə otağına göndərib. Hava şəraiti düzəlmədiyindən oyunun sabaha keçirilməsinə qərar verilib. Qarşılaşma saat 13:00-da qaldığı yerdən davam etdiriləcək.

Qeyd edək ki, geridə qalan 57 dəqiqədə hesab açılmayıb.
 

2 dekabr (bazar)

Azərbaycan Premyer Liqası, 13-cü  tur

17:00. “Qəbələ” – “Zirə” - 0:0 (Təxirə salındı)
Hakimlər
: Vüqar Həsənli, Namiq Hüseynov, Cəmil Quliyev, Rövşən Rəcəbov
Qəbələ şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right