"Bu, "Sportinq"lilərin görmək istədiyi oyundur" - Klub prezidenti

"Komandamızın oyunundan razı qaldım. Gözəl futbol sərgilədik. Bu, "Sportinq"lilərin görmək istəyi oyundur, lakin daha da inkişaf etməliyik".

Newsport.az məlumatına görə, bu sözləri Portuqaliyanın "Sportinq" klubunun prezidenti Frederiko Varandes Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə "Qarabağ"a böyük hesabla qalib gəldikləri matçı dəyərləndirərkən deyib.  

Klub prezidenti daha çox gənc oyunçular barədə danışıb, onların "Sportinq"i uğurlu gələcəyə apacaqlarını söyləyib: "Ortaya qoyulan oyun və nəticə sevindiricidir. Akademiyamızın bir neçə yetirməsi "Qarabağ"la qarşılaşmada iştirak etmək hüququ qazandı. Onlar "Sportinq"in uğurlu gələcəyinin olduğunu göstərdilər.  İlk hədəf qrupdan çıxmaq idi ki, bunu həyata keçirə bildik. Avropa Liqasında uzun yol qət etmək istəyirik".

Qeyd edək ki, "Sportinq" "Qarabağ"ı böyük hesabla məğlub edib - 1:6.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right