"Zirə" "Sumqayıt"a, "Neftçi" "Səbail"ə qalib gəldi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqada 12-ci tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, son oyun günündə iki görüş keçirilib.

Lider "Neftçi" səfərdə "Səbail"in qonağı olub. Ən yaxın izləyicisi "Qarabağ"ın ötən gün "Sabah"la oyunda xal itirməsi "ağ-qaralar"a liderliyini möhkəmləndirmək şansı yaradıb. Roberto Bordinin komandası bu şansdan yararlana bilib. Oyun "Neftçi"inin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər oyununda isə autsayder "Zirə" "Sumqayıt"ı qəbul edib. Görüş "Zirə"nin qələbəsi ilə başa çatıb - 3:1.

25 noyabr (bazar)


19:00. “Zirə” – “Sumqayıt” - 3:1 
Qol: 
Aleksandr Dedov, 36,  (1:0), Əfran İsmayılov, 45+3 (1:1), Aleksandr Dedov, 75 (2:1), Bilal Həmdi, 90+6 (3:1)
Hakimlər: Səbuhi Bayramov, Mübariz Haşımov, Nahid Əliyev, Rəhim Həsənov
Dalğa Arena


17:00. "Səbail" – "Neftçi" - 0:2 
Qol: 
Baqali Dabo,41, Emin Mahmudov, 53-pen.
Qırmızı vərəqə: Tomi Kitanovski, 90+1 ("Səbail")
Hakimlər: Rauf Cabarov, Cəmil Quliyev, Vüqar Bayramov, Sərxan İsmayılov
Bayıl Arena





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right