"Zirə"nin üstün olduğu “Sumqayıt”la 14-cü dueli

“Zirə” XII turda “Sumqayıt”la görüşəcək. Newsport.az xəbər verir ki, noyabrın 25-də keçiriləcək ev oyunu zirəlilərin "gənclik şəhəri” təmsilçisi ilə 14-cü dueli olacaq.

 

Cari mövsümdə 2-ci dəfə üz-üzə gələcək rəqiblər ümumilikdə 13 dəfə qarşılaşıb. Bu matçlarda üstünlük “Zirə”nin tərəfindədi. Hesabında 6 qələbə və 3 heç-heçə olan komanda 4 dəfə meydanı xalsız tərk edib. 26 qolun vurulduğu görüşlərdə “qartallar” üstündü – 15:11. Bu oyunlarda qəsəbə təmsilçisinin ən yaxşı bombardiri Vüsal İsgəndərlidi. O, 3 dəfə fərqlənib. Riçard Qadze və Sadio Tounkaranın hesabında 2 top var.

 

“Zirə” ev oyunlarında da üstünlüyə malikdi. 7-ci dəfə rəqibini qəbul edəcək komanda əvvəlki 6 oyunda 4 qələbə qazanıb, 1 heç-heçə edən “qartallar” yalnız 1 dəfə uduzub. Öz meydanında 9 qola sevinən "qartallar" 5 top buraxıb.

 

2015/16 mövsümü

13.09.2015. Premyer Liqa. Sumqayıt - Zirə - 0:0

 

07.11.2015. Premyer Liqa. Zirə - Sumqayıt - 3:2
Cəmil Hacıyev, 16 (ö.q); Adil Nağıyev, 49; Nicat Qurbanov, 75 // Ağabala Ramazanov, 45; Pərdis Fərcad Azad, 81 

 

06.02.2016. Premyer Liqa. Sumqayıt - Zirə - 0:2
Nelson Bonilla, 4; Rəşad Abdullayev, 90+2

 

03.04.2016. Premyer Liqa. Zirə - Sumqayıt - 1:0
Nurlan Novruzov, 84

 

2016/17 mövsümü
06.08.2016. Premyer Liqa. Zirə - Sumqayıt - 0:1
Vaqif Cavadov, 75

 

17.12.2016. Premyer Liqa. Sumqayıt - Zirə - 1:0
Mirabdulla Abbasov, 14

 

27.02.2017. Premyer Liqa. Zirə - Sumqayıt - 1:0
Riçard Qadze, 35 

 

15.04.2017. Premyer Liqa. Sumqayıt - Zirə - 1:1
Mirabdulla Abbasov, 83 - Milan Duriç, 90+4 (p.)

 

2017/18 mövsümü
 

26.08.2017. Premyer Liqa. Zirə - Sumqayıt - 3:1
Riçard Qadze, 52; Vüsal İsgəndərli, 61, 77 - Jozef Bum, 88 (ö.q.)

 

21.10.2017. Premyer Liqa. Sumqayıt - Zirə - 2:1
Amil Yunanov, 38; Vurğun Hüseynov, 83 - Sadio Tounkara, 5

 

10.02.2018. Premyer Liqa. Zirə - Sumqayıt - 1:1
Vüsal İsgəndərli, 40 - Tural Axundov, 35 

 

20.05.2018. Premyer Liqa. Sumqayıt - Zirə - 1:2
Cavid İmamverdiyev, 13 - Aleksandr Dedov, 68; Sadio Tounkara, 90+5

 

2018/19 mövsümü
 

30.09.2018. Premyer Liqa. Sumqayıt – Zirə - 1:0
Adil Nağıyev, 16 (ö.q.)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right