Rəşad Sadıqov: "Daha yaxşı oynaya biləcəyimizi düşünürəm"

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Rəşad Sadıqov Bosniya və Herseqovinaya qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Newsport.az-ın məlumatına görə, o, 0:2 hesablı məğlubiyyətdən sonra bunları söyləyib:

“Oyunumuzdan razı qalmadım. Topa nəzarət etməyə çalışırdıq. Eyni zamanda, oyuna nəzarəti də əlimizdə saxlamaq istəyirdik. Ancaq daha yaxşı oynamalıyıq. İstər müdafiədə, istərsə də hücumda bundan yaxşı təsir bağışlamalıydıq. Daha yaxşı oynaya biləcəyimizi düşünürəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right