Vəli Qasımovun yubileyində 10 qol

 

 

Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri, zəngin futbolçu karyerasına malik, Ukrayna, Rusiya, İspaniya və Portuqaliyada uğurlu legioner karyerasına malik olmuş, 1992-ci il Rusiya çempionatının bombardiri, 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqası turnirinin final qarşılaşmasının səfiri kimi fəaliyyət göstərən Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, “Bayıl Arena”da baş tutan qarşılaşmada Azərbaycan futbol veteranları ilə vaxtilə Vəli Qasımovla müxtəlif ölkələrdə və klublarda birlikdə çıxış etmiş əcnəbi veteran futbolçular üz-üzə gəlib. Yerli komandaya Kazbek Tuayev, qonaqlara isə Valeri Qazzayev rəhbərlik edib. Oyun 5:5 hesabı ilə yekunlaşıb.

Azərbaycan komandasının heyətində Samir Ələkbərov dubl edibsə, digər qollara Vəli Qasımov, Yunis Hüseynov və Tərlan Əhmədov imza atıblar.

İkinci hissəni əcnəbi veteranların heyətində keçirən Qasımov bu dəfə daha iki dəfə fərqlənib. Həmçinin, Valeri Şmarov da dubl edib. Əcnəbilərin heyətində digər qolun müəllifi isə İqor Kolıvanov olub.








Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right