“Sumqayıt” Nazim Süleymanovu istefaya göndərdi

“Sumqayıt” baş məşqçisi Nazim Süleymanovla yolları ayırıb.

Newsport.az xəbər verir ki,  təcrübəli mütəxəssis səhhəti ilə əlaqədar olaraq, klub rəhbərliyi ilə bağlanmış müqaviləyə xitam verilməsi üçün Müşahidə Şurasına müraciət edib.

Adıçəkilən mütəxəssisin ərizəsi keçirilən iclasda Müşahidə Şurasının üzvləri tərəfindən qəbul edilmiş, onunla bağlanmış müqaviləyə 12.11.2018-ci il tarixindən xitam verilməsinə razılıq verilib. Müşahidə Şurası bu qərarı icra üçün klubun rəhbərliyinə təqdim edib.

Qeyd edək ki, 53 yaşlı çalışdırıcı yayda klubun "sükanı araxsı"na keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right