Nağıyev mövsümün son matçında oynamadı

Futbol üzrə Litva çempionatında mövsümə yekun vurulub.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “Stumbras” da mövsümdə sonuncu matçına çıxıb.

Sözügedən kollektiv 33-cü tur çərçivəsində səfərdə “Kauno Jalgiris”lə qarşılaşıb. Nağıyevin komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:2.

Dmitri bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Stumbras” isə mövsümü 51 xalla 8 kollektiv arasında 4-cü pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right